Bazar, 28 Aprel

"Azərbaycanlıların İrəvan restoranlarında necə əyləndiklərini görəcəyik" - Erməni jurnalist

image

Tanınmış erməni jurnalist Karine Arutyunyan ölkəsinin aciz duruma düşməsi və hakimiyyətin səbatsızlığından gileylənib.

Xəbər verilir ki, o, Ermənistan diplomatiyasının fiaskosu haqqında yazdığı məqalədə maraqlı fikirlər səsləndirib:

“Nə qədər ki, mövcud hökumətin diplomatiyası olmayacaq, Ermənistanda hazırda baş verən proseslər davam edəcək. Sərhədlərdə oğlanlarımız ya öləcəklər, ya da xəstəxanalara düşəcəklər. Bir gün minlərlə azərbaycanlının İrəvandakı restoranlarda necə əyləndiklərini görəcəyik. Yaxud da gölümüzdə balıq ovlamalarını…

Sülh bölgəmiz, xalqımız üçün çox lazımdır. Amma təəssüf ki, bu hökumət müharibədən əvvəl barışı inkar etdi və indi diplomatiyasını düşmənə qarşı ittihamlar, təhdidlər və beynəlxalq birliyin çiyinlərində durmaqla göz yaşları üzərində qurur.

Bu hökumətin heç bir diplomatiyası yoxdur. Hökumət ordusunu əzir, yüksək səviyyəli mütəxəssisləri ordu sıralarından təcrid edir və onları daha az bacarıqları olan başqaları ilə əvəz edir. Bu meymunlara səs verən seçicilərin 54% -i nə düşündü?”

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39